"Çağırışçının yaşayış yerini müəyyən etmək üçün Moskva merinin göstərişi ilə Moskva şəhərində videomüşahidə sistemlərindən istifadə olunur, hansı ki, çağırışçıların işlədiyi təşkilatlar hərbi komissarlıqlara onlar haqqında məlumat verirlər.

Təhsil müəssisələri bizə çağırışçıların harada oxuduqlarını müəyyən etməkdə kömək edirlər”, - deyən Loktev,  bir şəxs haqqında bu cür məlumatlarla onu hərbi komissarlığa gəlişi barədə xəbərdar etməyin çətin olmayacağını vurğulayıb (tass).

 Hərbi komissarın sözlərinə görə, vətəndaşların hərbi komissarlığa gəlməməsinin əsas səbəbi onların qeydiyyat yeri üzrə yaşamamaları, bu səbəbdən çağırış vərəqəsini təhvil verə bilməmələridir. İndi Moskva meri Sergey Sobyaninin və Rusiya Daxili İşlər Nazirliyinin paytaxt üzrə baş idarəsinin dəstəyi ilə bu məsələyə böyük diqqət yetirilir.

 Qeyd edək ki, 2023-cü il aprelin 1-dən Rusiyada yaz hərbi xidmətə çağırış başladı. Prezident Vladimir Putinin martın 30-da imzaladığı sərəncama əsasən, 147 min nəfər hərbi xidmətə çağırılacaq. Çağırış kampaniyası Rusiyanın 83 regionunda keçirilir.

Xatırladaq ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin qondarma Donetsk və Luqansk “Xalq Respublikaları”nın Rusiya tərəfindən tanınması barədə fərman imzaladı. Fevralın 24-də isə Moskva vaxtı ilə səhər saat 5:30-da Donbassda “xüsusi əməliyyat”ın başladığını elan etdi. O, bu addımı RF-nin Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün səy göstərəcəyi ilə əsaslandırdı.

 Rusiya prezidenti Vladimir Putin daha sonra Ukraynanın Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərinin rəsmi ilhaqını elan edib.

Hazırda Ukraynada 1 ildən çoxdur ki, müharibə gedir və Rusiya bu müharubədə xeyli sayda hərbçi itirib...

Y.MƏMMƏDLİ

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN