Amerika Birləşmiş Ştatları Dövlət Departamenti ''F-16'' döyüş təyyarələrinin rabitə sistemi olan “Link-16” taktiki məlumat bağlantısı şəbəkəsinin modernizasiya dəstlərinin Türkiyəyə satışını təsdiqləyib.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin Təhlükəsizlik üzrə Əməkdaşlıq Agentliyi məlumat yayıb.
“ABŞ Dövlət Departamenti Türkiyəyə dəyəri təxminən 259 milyon ABŞ dolları olan mövcud  ''F-16'' döyüş təyyarələrinin modernləşdirilməsi üçün lazımi müdafiə avadanlıqların satışına razılıq verib'',-deyə məlumatda vurğulanıb.
Məsələ ilə bağlı Konqresin məlumatlandırıldığı bildirilib.
ABŞ Dövlət Departamentinin adının açıqlanmasını istəməyən rəsmisi deyib:"Türkiyə NATO-nun yanındadır və çox önəmli müttəfiqdir. Co Bayden administrasiyası Türkiyənin ''F-16'' qırıcılarının avionikasını standartlaşdırmaq səylərini dəstəkləyir. Bu qərar Türkiyənin NATO ilə qarşılıqlı fəaliyyət qabiliyyətini artıracaq, həmçinin toqquşmalardan yayınma sistemləri kimi təhlükəsizlik tədbirlərini yaxşılaşdıracaq.Bu, həm Türkiyə, həm də Türkiyə ilə birgə missiyalarda iştirak edən bütün müttəfiqlər və tərəfdaşlar üçün qarşılıqlı fəaliyyət və uçuş təhlükəsizliyi üçün vacibdir”. 
Qeyd edək ki, NATO-ya üzv dövlətlər 15, üzv olmayan dövlətlər isə 30 gün ərzində qərara etiraz edə bilər.

TRT

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN