Gürcü xarçosu məşhur "TasteAtlas" jurnalına görə, "Dünyanın ən yaxşı şorbaları"nın siyahısına daxil edilib.

Nəşr Türkiyə, Bolqarıstan və Yaponiyanın şorbalarını da əhatə edən 50 ən yaxşı yeməyin reytinqini dərc edib.

Məşhur kulinariya bələdçisi TasteAtlas-ın məlumatına görə, Xarço dünyanın 50 ən yaxşı yeməkləri sıralsında 28-ci yerdədir.

 Xarço - mal və ya toyuq ətindən, qozdan və düyüdən, xmeli-suneli ədviyyatından və tkemali sousu əlavə edilməklə hazırlanan gürcü şorbasıdır.

 Xəbər verdiyimiz kimi, xarço ilə yanaşı, bələdçinin reytinqində mərciməkli türk qaymaqlı şorbası da yer alıb.

“Taste Atlas” sosial media hesabında mərci şorbası ilə bağlı “Türkiyənin məhşur sulu yeməyi olan mərci şorbası “Taste Atlas” izləyicilərinə görə dünyada ən yüksək reytinqi qazanıb. Əsas tərkib hissəsi qırmızı mərci olan bu şorba Türkiyənin hər yerində, xüsusilə yerli restoranlarda səhər yeməyi, nahar və ya şam yeməyi zamanı verilir və yeyilir”, - .

Həmçinin  siyahıya Norveçin balıq şorbası, Bolqarıstanın soyuq şorbası – tarator,  Yapon rameni, Paraqvayın bori-borisi və başqaları daxil edilib.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN