Siyahıya tikintinin ilkin mərhələsində olan, səhmdarlardan pul cəlb etmək üçün müvafiq icazəsi olmayan tikinti təşkilatları daxildir.

Qazaxistan Respublikasının Astana şəhər meriyasının mətbuat xidməti xəbər verir ki, Astana şəhərində səhmdarlardan pul cəlb etmək hüququ olmayan tikintilərin siyahısı yenilənib.

 “Siyahıda göstərilən çoxmənzilli yaşayış komplekslərində mövcud qanunvericiliyə zidd olaraq edilən bütün əməliyyatlar, o cümlədən ilkin bronlaşdırma müqaviləsi, rezervasiya müqavilələri, investisiya müqavilələri, tələb hüququnun verilməsi etibarsızdır.

Vətəndaşların vəsaitlərinin təhlükəsizliyi üçün Astana meriyası ayıq-sayıq olmağı xahiş edir və icazələr - tikintiyə icazə, layihələrin dövlət idarədənkənar ekspertizasının müsbət rəyi olmadığı halda mənzil almağı tövsiyə etmir”, -  deyə meriyanın məlumatında xəbərdarlıq edilib.

Qeyd edək ki, Qazaxıstan Respublikasında  müvafiq icazə olmadan pay sahiblərindən vəsaitlərin cəlb edilməsi, mənzil tikintisində paylı iştirak  qanunvericiliklə qadağandır. Buna görə QR İnzibati Xətalar Məcəlləsinin 320-ci maddəsi, habelə qadağan olunmuş sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa görə Cinayət Məcəlləsinin 214-cü maddəsi ilə məsuliyyət nəzərdə tutulur.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN