"Vahid Milli Hərəkat" partiyasının keçmiş rəhbəri Nika Melia, Tbilisidə yeni ofis açdığını bəyan edib.

TEZADLAR.AZ xəbər verir ki, Melianın yeni ofis açması partiyada birmənalı qarşılanmayıb. Nika Melia bildirib ki, baş tutan qurultaydan sonra partiya praktiki olaraq iki yerə bölünüb. Sabiq sədrin bu addımı "daxili separatizmə" cəhd olaraq qiymətləndirilib. Məsələyə "Vahid Milli Hərəkat" partiyasının sədri Laven Xabeişvili də münasibət bildirib: "Legitimlik məsələsinə gəlincə, deyə bilərəm ki, bizə minlərlə səs fərqilə uduzdular və bilmirəm bu ağrını nə qədər ürəklərində saxlayacaqlar. Seçkiləri uduzdular deyə ağrı-acıları varsa, bu onların öz problemləridir. Mən onların yerinə ağlaya bilmərəm", - deyə Xabeişvili vurğulayıb.

24News.ge

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN