Ukraynaya dəstək yeganə yoldur, Rusiya Federasiyası qalib gəlsə, problemlər daha çox olacaq.

Bu fikri Çexiya prezidenti Petr Pavel bildirib.

O, bu gün Çexiya və bütün Şimali Atlantika Alyansının Ukraynanı uzunmüddətli perspektivdə müharibənin dayandırılması, müharibədən sonrakı yenidənqurma və NATO-ya üzvlük yolunda dəstəkləməyə hazır olduğunu vurğulayıb.

 ČTK-nın məlumatına görə, bu barədə o, NATO-nun baş katibi Yens Stoltenberqlə görüşündən sonra bildirib.

"Mən şadam ki, biz hamımız başa düşürük ki, Ukraynanı dəstəkləməkdən başqa çarə yoxdur. Alternativ isə Rusiyanın uğurudur ki, bu da bizim üçün daha çox, bəlkə də bugünkündən daha ciddi problemlər deməkdir", - Çexiya prezidenti bildirib. .

NATO-nun baş katibi də öz növbəsində NATO-nun tərəfdarı kimi Pavelə təşəkkür edib, həmçinin qeyd edib ki, Çexiya artıq Ukraynaya tanklar, helikopterlər və zenit sistemləri verib.

Stoltenberq əlavə edib ki, müttəfiqlər müharibə vəziyyətində olan ölkəni dəstəkləməyə davam etməlidir.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN