“İqtisadi potensialımız tam inkişaf etdikcə biz qarşılıqlı ticarət göstəricisini 3 milyard dollara çatdıra biləcəyik” – Qazaxıstanın baş naziri

İran İslam Respublikasına rəsmi səfəri çərçivəsində Qazaxıstanın baş naziri Əlixan Smailov İran İslam Respublikasının birinci vitse-prezidenti Məhəmməd Moxber ilə danışıqlar aparıb.

Bu barədə QR-nın Nazirlər Kabineti Aparatının mətbuat xidməti məlumat yayıb.

Tərəflər ikitərəfli əməkdaşlığın geniş spektrini, o cümlədən ticarət-iqtisadi əlaqələrin inkişafı, kənd təsərrüfatı sahəsində əməkdaşlığın dərinləşdirilməsi, investisiyaların cəlb edilməsi, tranzit-nəqliyyat sektorunda perspektivli layihələrin həyata keçirilməsi və yükdaşımaların həcminin artırılmasını və s. müzakirə ediblər.

Qazaxıstanın Baş naziri vurğulayıb ki, İran Qazaxıstanın Fars körfəzindəki əsas tərəfdaşlarından biridir.

Son bir ildə ölkələr arasında ticarət dövriyyəsi təxminən 20% artaraq 528 milyon dollar təşkil edib. Eyni zamanda, Qazaxıstan 75 əmtəə adında ixracı təxminən 250 milyon dollar həcmində artırmağa hazırdır.

“Əminəm ki, iqtisadi potensialımız tam inkişaf etdikcə biz qarşılıqlı ticarət göstəricisini 3 milyard dollara çatdıra biləcəyik. Bunun üçün enerji, nəqliyyat və logistika, kənd təsərrüfatı, sənaye kimi sahələrdə ciddi ehtiyatlarımız var”, - Əlixan İsmayılov bildirib.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN