Gürcüstanda cari ilin əvvəlində ölkənin xarici turistlərdən əldə etdiyi gəlirdə artım baş verib.

2023-cü ilin birinci rübündə onlar ötən ilin eyni dövrü ilə bağlı gəlirləri 102% üstələyiblər.

Qeyd edək ki, Gürcüstanın əldə etdiyi gəlirin əhəmiyyətli hissəsi hələ də sərin münasibətdə olduqları Rusiyadan gələn turistlərin hesabınadır.

Məlum olduğu kimi, turizmçilik Gürcüstanda ilbəil inkişaf edir və ölkə bundan getdikcə daha çox gəlir götürə bilir.

Bunu rəqəmlərdə də görmək olar. Bu ilin birinci rübündə turizm biznesindən əldə olunan gəlir ötən ilin eyni dövrü ilə  müqayisədə iki dəfə çox olub. 

Beləliklə, 2023-cü ilin birinci rübündə turistlər Gürcüstana 795,4 milyon dollar gəlir qazandırıblar ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 102% çoxdur.

Bu barədə ölkənin Milli Bankı xəbər yayıb. İlin sonunadək bu rəqəmin dəfələrlə artacağı da istisna deyil.

Qeyd edək ki, ölkənin Milli Turizm Agentliyi 2022-ci ildə Gürcüstanın turizmdən əldə etdiyi gəlirin miqdarnını 3 milyard 500 milyon dollar təşkil etdiyini açıqlayıb.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN