ABŞ-ın keçmiş prezidenti Donald Tramp son 4 ildən bəri ilk dəfə  Böyük Britaniyaya gəlib.

Bu barədə Sky News-a xəbər yayıb. 

 Tramp bazar ertəsi səhər Şotlandiyanın Aberdin şəhəri yaxınlığında, yeni qolf meydançasının açılışında iştirak etmək üçün Aberdin hava limanına gəlib.

Onu qırmızı xalça və on avtomobildən ibarət kortejlə qarşılayıblar. O, jurnalistləri salamlayaraq "evdə olmaq əladır - bura mənim anamın evi idi", -deyə vurğulayıb.

 ABŞ-ın 45-ci prezidenti ana tərəfdən Şotlandiya köklərinə malikdir və Şotlandiyada bir neçə mülkü var.

 Xatırladaq ki, Donald Tramp 2017-2021-ci illərdə ABŞ-ın prezidenti olub. Donaldın ata tərəfindən baba və nənəsi alman immiqrantları olublar.

Tramp ümumilikdə 3 dəfə evlilik həyatı yaşayıb. Bu evliliklərdən ümumilikdə 5 olmaqla 3 oğlan 2 qız övladı var. Tramp ilk olaraq çexiyalı model Ivana Zelniçkova ilə evlənmişdir.1992-ci ildə boşanmalarına rəğmən, yaxın əlaqələri uzun müddət davam etmişdir.1997-ci ildə aktrisa Marla Mapleslə evlənmişdir. 2 il davam edən evlilikdən sonra 1999-cu ildə evliliyi sonlandırmışdır. Bu evlilikdən Tiffany adında bir qızları olub. 3-cü evliliyini slovyan model Melaniya Trmapla olmuşdur.

Qeyd edək ki, hal-hazırda Donald Tramp “Cosmopolitan”ın tanınmış köşə yazarı Ceyn Kerroll tərəfindən zorlamada günahlandırılır. İşə Nyu Yorkda federal münsiflər heyəti baxacaq və eks-prezidenti də ittiham edən daha iki qadın şahid qismində çağırılacaq...

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN