Slovaklar tank pulu yığmaq üçün səfərbər oldular.

Slovakiyada Ukrayna ordusu üçün döyüş sursatı olan tankın alınması üçün vəsait toplanması kampaniyası başlayıb.

Bu barədə Slovakiya nəşri Dennik N xəbər yayıb.

 "Ukraynaya Hədiyyə" İctimai Birliyi, təşkilatçılar 1,2 milyon avro toplamaq istəyirlər.

Onlar artıq T-72M1 tankının hazırda yerləşdiyi və modernləşdirilməsindən keçən şirkətlə artıq razılığa gəliblər.

Məlumata görə, hazırda tələb olunan məbləğdən yalnız  31 min avroya yaxın vəsait toplanıb.

Pul yığımı 2023-cü il mayın 1-dən başlayıb. Toplanan ümumi məbləğ silah şirkətinə ödəniləcək, bundan sonra tank Ukrayna Silahlı Qüvvələrinə təhvil veriləcək.

Döyüş maşınının Ukrayna ərazisinə daşınması isə Ukraynanın Slovakiyadakı səfirliyi tərəfindən təmin ediləcək.

Tankların çatdırılma tarixi 2023-cü ilin sentyabr ayına nəzərdə tutulur.

Onu da qeyd edək ki, pul yığımı Bratislavada kişi kostyumları üçün dərzi dükanına sahib olan Mutskiv ailəsi tərəfindən başlayıb. 

Xatırladaq ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin qondarma Donetsk və Luqansk “Xalq Respublikaları”nın Rusiya tərəfindən tanınması barədə fərman imzaladı. Fevralın 24-də isə Moskva vaxtı ilə səhər saat 5:30-da Donbassda “xüsusi əməliyyat”ın başladığını elan etdi. O, bu addımı RF-nin Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün səy göstərəcəyi ilə əsaslandırdı.

 Rusiya prezidenti Vladimir Putin daha sonra Ukraynanın Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərinin rəsmi ilhaqını elan edib. Artıq bir ildən çoxdur ki, Ukraynada müharibə gedir. Qərb, Aİ ölkələri Ukraynaya hərtərəfli dəstək verirlər və bir çox ölkələrin prezidentləri Ukraynanın Rusiyaya qalib gəlməsini arzuladıqlarını, Rusiyanın onların ölkələri üçün də təhlükə yaratdığını açıq-aşkar etiraf edirlər...

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN