“Cəmiyyətimizdə hər hansı radikallaşmaya, dindən siyasi məqsədlər üçün istifadəyə heç vaxt yol verilməyəcək”.

 Bunu Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev bu gün parlament palatalarının, partiyaların, məhkəmə hakimiyyətinin və icra hakimiyyətinin rəhbərləri ilə görüşündə deyib.

"Özbəkistan dünyəvi dövlətdir və bundan sonra da belə olacaq", - deyə ölkə başçısı vurğulayıb.

 Şavkat Mirziyoyev “Ölkəmizdə milliyyətindən, dilindən, dinindən və sosial mənşəyindən asılı olmayaraq hər bir vətəndaşın vicdan azadlığının təmin edilməsi, bütün dini konfessiyaların azad fəaliyyəti üçün bütün zəruri şəraitin yaradılması, ölkəmizdə millətlərin və konfessiyaların dinc yanaşı yaşamasının təmin edilməsi siyasəti gələcəkdə də davam etdiriləcək” bildirib.

Həmçinin ölkə başçısı “Biz islahatlara başlayanda təsəvvür belə edə bilmədiyimiz bir çox problem və sınaqlarla üzləşdik. Biz xalqımızla birlikdə onların həllini tapırıq, hər bir problemi yerindəcə həll edirik” əlavə edib.

 O, diqqətə çatdırıb ki, Özbəkistanda yenilənmiş Konstitusiyanın mahiyyəti və onun əsas məqsədi həm də xalqın firavan yaşaması üçün layiqli şərait yaratmaqdır.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN