Almaniyanın maliyyə naziri Kristian Lindnerin Pekinə gözlənilən səfəri baş tutmayıb.

Səbəb isə  sabaha planlaşdırılan görüşün çinli həmkarı Liu Kun tərəfindən son anda ləğv etməsi olub.

 Bu barədə “Euractiv” yazır.

 Almaniya Maliyyə Nazirliyinin məlumatına görə, Liu Kun gözlənilmədən mayın 10-na planlaşdırılan görüşü başlamasına cəmi iki gün qalmış ləğv edib.

"Çin Maliyyə Nazirliyi iki nazir arasında mayın 10-na planlaşdırılan həftəsonu danışıqlarını planlaşdırma səbəblərinə görə təxirə salmağı xahiş edib", - Almaniya nazirliyi Çin tərəfinin əlavə izahat vermədiyini bildirib.

Qeyd edək ki, həm Kristian Lindner, həm də üzvü olduğu liberal “Azad Demokratlar” partiyası Çinlə kifayət qədər uzaq əlaqələrə malikdir və Almaniya və Avropa İttifaqını “sistemik rəqib”lə münasibətdə diqqətli olmağa çağırıblar.

"Səfərin ləğvinin “Azad Demokratlar”ın mövqeyi ilə bağlı olub-olmaması, yəni Almaniyanın Pekinlə münasibətlərdə daha qətiyyətli olması ilə bağlı olub-olmaması fərziyyə məsələsidir", - Maliyyə Nazirliyi bildirib.

Lindner və Kun arasında planlaşdırılan görüş hər iki ölkəni qarşıdan gələn hökumət məsləhətləşmələrinə hazırlamaq məqsədi daşıyırdı. Almaniya Nazirliyindən verilən məlumata görə, indi o, hələlik xəbər verilməyən daha gec tarixə təxirə salınacaq.

Bu arada Almaniya koalisiya hökuməti artıq bir neçə dəfə planlaşdırdığı Çin strategiyasının təqdimatını təxirə salıb. Sənəddə ölkənin Pekinlə siyasi və iqtisadi münasibətlərə gələcək yanaşması göstərilir.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN