Dünyada insanların yardımına möhtac olanların sayı artıb.

Sən demə, dünya əhalisinin 360 milyonu humanitar yardım gözləyir, 260 milyon insan isə aclıqla üz-üzədir...

 Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş BMT-nin İqtisadi və Sosial Şurasında (ECOSOC) keçirilən sessiyada çıxış zamanı bildirib.

 O, diqqətə çatdırıb ki, dünyada bir il ərzində humanitar yardıma möhtac olan insanların sayında xeyli artım (30 faiz) baş verib və 360 milyona çatıb.

Quttereş məcburi köçkünlərin sayının da 110 milyona çatdığını, həmçinin 260 milyon insanın ciddi ərzaq çatışmazlığı və aclıqla üzləşdiyini vurğulayıb.

Quterreş bunun əsas səbəbinin həll olunmamış münaqişələr və yeni başlayan müharibələr olduğunu bildirib.

***

Beləliklə, dünyada 62 milyon nəfər məcburi köçkün vəziyyətinə düşüb, 5 milyon insanın sığınacağa, daha 5 milyon nəfərin isə beynəlxalq müdafiəyə ehtiyacı var.

Xatırladaq ki, son 1 ildə Ukrayna ərazisində baş verən müharibə nəticəsində ölkənin 10 milyon əhalisi qaçqına-köçkünə çevrildi. Hətta bu rəqəmin 12 milyon olduğu da bildirilir.

Onların bir qismi vətənlərinə qayıdıb.  

Amma Ukraynadakı vəziyyət ürəkaçan deyil. Rusiya və Ukrayna arasındakı barışın nə zaman əldə ediləcəyi isə qeyri-müəyyən olaraq qalmaqdadır…

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN