Bir müddətdir ki, Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov Azərbaycanın quru sərhədlərinin açılmasının vacibliyini və mümkünlüyünü hesab etməsi barədə paylaşımlar edir, açıqlamalar verərək səbəblərini də izah edir.

Vüqar Bayramov  “Xüsusən də, Türkiyə və Gürcüstanla quru sərhədlərinin tam açılması daha məqsədəuyğundur. Hər iki ölkə strateji baxımdan Azərbaycanın tərəfdaşıdır. Quru sərhədlərinin mərhələli açılması iqtisadi aspektdən də əhəmiyyətlidir. Bu ölkəyə gələn turistlərin sayını artırmaqla yanaşı, xaricə gedən vətəndaşlarımızın daha asan və ucuz nəqliyyat imkanlarından istifadə baxımdan da əhəmiyyətlidir", - deyə bildirmişdi.

MCP lideri, Milli Məclisin deputatı Razi Nurullayev də yerli KİV-ə bildirib ki, quru sərhədləri iyul ayında açılarsa çox yaxşı olar:

“Rusiya-Ukrayna müharibəsi nəticəsində ölkəyə digər məqsədlərlə gəlmək istəyən insanlar ola bilərdi. Bütün bunları nəzərə alaraq, Azərbaycan quru sərhədlərini bağlı saxlamaqla dövlət suverenliyimizin, vətəndaşlarımızın təhlükəsizliyinin qorunması üçün əhəmiyyətli hesab edirdi. Artıq bu problemlərin əksəriyyəti də demək olar həllini tapıb. Yaxşı olardı ki, iyul ayı ərzində artıq quru sərhədləri açılsın”, -deyə diqqətə çatdırıb.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN