Füzuli rayonu Kərimbəyli kəndində Rayon İcra Hakimiyyətinin və yerli dövlət orqanlarının iştirakı ilə seçicilərin fərdi qəbulunu həyata keçirdik. 20-dən çox seçicinin qayğılarını dinlədik və bəzi müraciətlər ilə bağlı yerində qərarlar qəbul etdik.
Bunu Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov bildirib.
O, diqqətə çatdırıb ki, həmin müraciətlər ev təmiri, məşğulluq, su təminatı, sosial təminat, səhiyyə xidməti, əlillik dərəcəsinin alınması və digər mövzularda olub.
"Görüşdə olan bəzi müraciətlər ilə bağlı yerində bir sıra digər dövlət qurumları ilə də telefon əlaqəsi saxladım və qaldırılan məsələləri qısa zamanda həll etməyə çalışdıq. Digər məsələlər ilə bağlı rəsmi deputat sorğuları göndərməyi planlaşdırırıq", - deyə deputat qeyd edib.
JASMİN
Pin It

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN