Rusiya Federasiyasının dövlət borcu artaraq 32 trilyon rubla çata bilər.

TEZADLAR.AZ xəbər verir ki, ölkənin Federasiya Şurasının iclasında Maliyyə Nazirliyi Rusiya Federasiyasının dövlət borcunun hazırkı səviyyəsini açıqlayıb.

Borc  22,8 trilyon rubl və ya ÜDM-in 14,9%-ni təşkil edir.

 "Hələlik bu, bizim təhlükəsiz sərhədimizdir, baxmayaraq ki, hazırkı vəziyyətdə artacağımızı və bunu etməli olacağımızı başa düşürük, çünki xərclərimiz artır", - deyə Maliyyə nazirinin müavini İrina Okladnikova bildirib.

 Rusiyanın dövlət borcu ÜDM-in müəyyən edilmiş 20%-i daxilində artacaq, yəni, nəticədə ölkənin borcu 32 trilyon rubl təşkil edəcək.

 JASMİN

Pin It

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN