İlin əvvəlindən Qazaxıstan Respublikasının büdcəsindən 1 trilyon 649 milyard təngə pensiya ödənilib ki, bunun da 506,3 milyardı baza pensiyasının, 1 trilyon 142,7 milyardı həmrəylik pensiyasının ödənilməsinə yönəldilib.

2023-cü il iyulun 1-nə olan məlumata görə, Qazaxıstanda pensiyaçıların sayı 2 milyon 300 min nəfər təşkil edib.

 Ümumi pensiyanın orta ölçüsü bu il iyulun 1-nə 120 641 tenge (təqribən 456.27 manat), o cümlədən həmrəylik pensiyasının ölçüsü 82 805 tenge (təqribən 313.18 manat), baza pensiyası isə 37 836 (təqribən 143.10 manat) tenge təşkil edib.

***

Ötən ay - Qazaxıstanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2023-cü il iyunun 1-nə olan məlumata əsasən pensiyaçıların sayı 2 milyon 299 min nəfər idi.

2023-cü il iyunun 1-nə ümumi pensiyanın orta məbləği 120 743 tenge (TƏQRİBƏN 456.66 AZN), o cümlədən həmrəylik pensiyasının ölçüsü - 82 881 tenge (təqribən 313.46 AZN), baza pensiyası - 37 862 tenge (təqribən 143.20 AZN) təşkil edib.

Qeyd edək ki, Qazaxıstanda  2018-ci il iyulun 1-dən dövlət bazası pensiya ödənişi pensiya sistemində iştirak stajı nəzərə alınmaqla hər bir şəxsə fərdi qaydada təyin edilir.

 Eyni zamanda, pensiya sistemində iştirak müddətinə 1998-ci il yanvarın 1-nə həmrəylik sistemində işlənilmiş iş stajı, habelə məcburi pensiya haqlarının (MPH) ödənildiyi dövrlər daxildir.

 Belə ki, pensiya sistemində iştirak stajı 10 il və ya ondan azdırsa, habelə bu olmadıqda, baza pensiyasının ölçüsü yaşayış minimumunun 60%-ni təşkil edirsə, onda 10 ildən çox olan hər il üçün onun ölçüsü 2% artır.

 Öz növbəsində yaşa görə pensiya ödənişlərinin məbləği 1998-ci il yanvarın 1-nə iş stajından (ən azı 6 ay tələb olunur) və pensiyaya qədərki dövrdə alınan orta aylıq gəlirdən asılıdır.

 ***

 Xatırladaq ki, Azərbaycanda minimum əmək pensiyası 280 manata çatdırılıb. 202-ci ilin  ilin yanvar-mart aylarında pensiyaların orta aylıq məbləği daha 9,4 faiz artaraq 1 aprel tarixinə 363 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 9,1 faiz artaraq 394 manata çatıb.

Ölkəmizdə 2023-cü ilin əvvəlindən indeksasiya əsasında pensiya artımı artıq bütün pensiyaçılara şamil olunur.

Yeni artımdan sonra pensiyaların orta aylıq məbləğinin 423 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləğinin 456 manata çatdığı bildirilib.

Onu da əlavə edək ki,  2023-cü ilin əvvəlində Azərbaycanda pensiyaçıların sayının 1118,1 min nəfər, ilin sonunda isə 1127,3 min nəfər olacağı proqnozlaşdırılır. 

Qazaxıstanda əhalinin sayı cari ilin aprel ayının 1-nə olan məlumata görə, 19 832 737, Azərbaycanda isə Dövlət Statistika Komitəsinin 2023-cü il iyun ayının 1-ə olan məlumatına görə,  10 148 057 nəfər təşkil edib.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN