Özbəkistan prezidenti Şavkat Mirziyoyev avqustun 22-23-də Azərbaycanda dövlət səfərində olacaq.

Qeyd edək ki, Şavkat Mirziyoyev Prezident İlham Əliyevin dəvəti ilə ölkəmizə səfərə gəlir.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə Özbəkistan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

 Səfər proqramında iki ölkə liderlərinin iştirakı ilə yüksək səviyyəli danışıqların və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Gündəliyə Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşdirilməsi və prioritet sahələrdə praktiki əməkdaşlığın genişləndirilməsi məsələləri daxildir.

 Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri 2022-ci ilin iyununda baş tutub. O, Daşkənddə  ümummilli lider Heydər Əliyevin şərəfinə küçə və meydanın açılışını edib. Səfər zamanı ölkələr arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın qurulması haqqında Bəyannamə və digər 18 sənəd imzalanıb.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN