2023-cü ilin ikinci rübündə [aprel, may, iyun] Gürcüstanda işsizlik səviyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,4% azalaraq 16,7% təşkil edib.

TEZADLAR.AZ Gürcüstan KİV-nə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Komitəsi məlumat yayıb. Bildirilir ki, Gürcüstanda 15 yaş üzəri (əmək qabiliyyətli) əhalinin ümumi sayı 2 milyon 999 min 600 nəfərdir. Məlumata əsasən, 1 327 400 şəxs əmək fəaliyyəti ilə məşğuldur. Onlardan 916 700 nəfər muzdlu işçidir, 410 200 nəfəri özünüməşğulluğa cəlb edilib. Ölkədəki işsizlərin sayı isə 266 900 nəfər təşkil edir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN