Böyük Britaniyanın baş naziri Rişi Sunak 1970-90-ci illərdə ölkədə minlərlə pasiyentin yoluxmuş qan köçürülməsi nəticəsində HİV və hepatit C virusuna yoluxduğunu xəbər verən araşdırmadan sonra mayın 20-ni "rüsvayçılıq günü" elan edib.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin saytında dərc olunmuş məlumatda deyilir.

Aparılan 5 illik tədqiqat nəticəsində məlum olub ki, 1970-90-cı illərdə Böyük Britaniyada 30 mindən çox pasiyent keyfiyyətsiz tibbi yardım nəticəsində ölümcül virusa yoluxub. Virusa yoluxmuş pasiyentdən 3 min nəfərin öldüyü qeyd olunub.

Baş nazir Rişi Sunak Böyük Britaniya hökumətinin adından ölən pasiyentlərin ailələrindən üzr istəyib və bunun ölkə üçün rüsvayçılıq olduğunu qeyd edib.

 

trend

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN