Füzuli rayonu Böyük Bəhmənli kəndində bir qrup sakinlər ilə görüşüb kənddə Rayon İcra Hakimiyyəti ilə birlikdə yenidən qurmağı planlaşdırdığımız Şəhidlər Abidəsi ilə bağlı müzakirələr apardıq. TEZADLAR.AZ xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov sosial media hesabında məlumat verib.
a
"Hazırlanmış ilkin layihəyə baxdıq və fikir mübadiləsi etdik. Abidənin qurulacağı yeri müəyyənləşdirərək gələn həftə işlərə başlamağı planlaşdırırıq. Abidənin qurulmasına göstərdiyi dəstəyə görə Azərbaycan Banklar Assosiasiyasına (ABA) bir daha təşəkkürümüzü bildiririk", deyə qeyd edib.
Vüqar Bayramov xatırladıb ki, Böyük Bəhmənli Azərbaycanda ən çox şəhidi olan kəndlərimizdəndir.
"Şəhidlərimizi qürurla anırıq və hər zaman anacağıq. Allah bütün şəhidlərimizə rəhmət etsin", -deyə o qeyd edib.
JASMİN
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN