Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

TEZADLAR.AZ xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin mayın 9-a olan proqnozuna görə,

Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var.

Axşam tədricən kəsiləcək. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 10-12° isti, gündüz  14-16° isti, Bakıda gecə 10-12° isti, gündüz  14-16° isti olacaq.

Atmosfer təzyiqi  764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-75 % olacaq.

 Azərbaycanın rayonlarında

Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-13° isti, gündüz  16-21° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz   3-8° isti olacaq.  

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN