Bu il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı artıb.

Belə ki, 2021-ci ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 2,5 dəfə artaraq 400,2 min nəfər olmuşdur.

Statistik məlumatlara görə, İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 4,7 dəfə, Türkiyəyə gedənlərin sayı 2,6 dəfə, Gürcüstana gedənlərin sayı 2,1 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı isə 1,9 dəfə artmışdır.

Qeyd edilir ki, ölkə vətəndaşlarının 45,5 faizi Türkiyəyə, 16,7 faizi Rusiya Federasiyasına, 13,1 faizi İrana, 8,2 faizi Gürcüstana, 16,5 faizi digər ölkələrə səfər etmişdir.  Gedənlərin 67,1 faizini kişilər, 32,9 faizini qadınlar təşkil etmişdir.

2022-ci ilin yanvar-aprel aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 56,7 faizi hava, 40,6 faizi dəmir yolu və avtomobil, 2,7 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.

Göründüyü kimi, Azərbaycan vətəndaşlarının müxtəlif məqsədlər (səyahət, təhsil, ticarət, iş və s.) üçün səfər etdiyi ölkələrin ilk dördlüyünə - Türkiyə, Rusiya, İran və Gürcüstan daxildir. Səfər edənlərin 50 faizdən çoxu hava nəqliyyatından istifadə edib və az qala yarısını qardaş Türkiyəyə gedənlər təşkil edib.

Xatırladaq ki, son iki ildə pandemiya səbəbindən xarici ölkələrə səfər edənlərin sayı azalmışdı.

Lakin bu ilin əvvəlindən koronavirusa yoluxma sayında azalma baş verdiyi üçün karantinlə bağlı yumşalmalara gedildi və nəhayət, ölkə əhalisi bəzi yerlərdə məcburi maska istifadəsindən yaxa qurtardı.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN