“Taliban” Əfqanıstanın paytaxtını Qəndəhara köçürəcək.

Bunu respublikanın keçmiş vitse-prezidenti Əmrulla Saleh bildirib.

 Siyasətçinin sözlərinə görə,  taliblər heç bir xəbərdarlıq etmədən Əfqanıstanın paytaxtını Qəndəhara köçürmək istəyir. (TASS)

Sabiq vitse –prezident bildirib ki, “Taliban Kabili inzibati paytaxt etmək və onu siyasi gərginlikdən və hökumət əleyhinə etirazlardan təcrid etmək niyyətindədir”.

 Həmçinin o, vurğulayıb ki, “Taliban” Qəndəharda Ali Üləma Şurası təşkil etməyi planlaşdırır və bu şura qruplaşmanın lideri Hibətulla Axundzadənin ölümündən sonra hərəkatın yeni liderini təyin etmək hüququ qazanacaq. Bundan başqa, Şura öz himayədarlarını əyalətlərə göndərə biləcəklər. Onlar orada ən yüksək siyasi və dini hakimiyyəti təmsil edəcəklər.

Xatırladaq ki, ilk dəfə 1996-cı ildə Əfqanıstan ərazisinin böyük bir  hissəsi “Taliban” qruplaşması tərəfindən ələ keçirildi ki, nəticədə dövlət 5 ilə yaxın müddət ərzində Əfqanıstan İslam Əmirliyi adlı totalitar rejimin idarəçiliyinə keçdi. Həmin dövrdə də ölkəni “şəriət qanunları” ilə idarə edən taliblər ağlasığmaz qadağaları və "qanunları" ilə yaddaşlarda qaldı...

 Bu “qanunlardan” əsas zərər görən - dəhşətli günlər, illər yaşayan isə əfqan qadınları oldu.

Ikinci  gəlişləri, 2021-ci il avqustun 15-də paytaxt Kabili ələ keçirdikdən sonra baş tutdu...

Onlar hakimiyyətə ikinci gəlişlərində fərqli siyasət yürüdəcəklərinə söz versələr də, lakin bu sözü tutmadılar.

Qeyd edək ki, “Taliban”ın paytaxt etməyə hazırlaşdığı (siyasətçinin sözlərinə görə) Qəndəhar Əfqanıstanın cənubunda yerləşir və ölkənin ikinci böyük şəhəridir.

Şəhər eramızdan əvvəl 330-cu ildə Makedoniyalı İskəndərin yürüşləri zamanı Araxoziya adı altında qurulmuşdur. Tarixi məlumatlara görə, şəhərin yerli əhalisi, əsasən müasir puştunların əcdadları olub.

I əsrə qədər yunan yazıçısı İsidore Xarakskiy tərəfindən bura yunan şəhəri kimi təsvir edilir.

18-ci yüzillikdə Qəndəhar Əfşarilər sülaləsindən olan İran şahı Nadir tərəfindən tutularaq məhv edilir. Yaxınlıqda Nadir şah yeni bir şəhər - Nadirabad qurur . Bu şəhər 1747 – 1776-cı illərdə Əfqanıstanın paytaxtı idi. Burada Əfqanıstan dövlətinin qurucusu Əhməd Şahın məqbərəsi də yerləşir.

1979-1988-ci illərdə şəhər Əfqanıstanı işğal etmiş Sovet qoşunlarının dayaq nöqtələrindən biri idi, buradakı qoşunlar hadisələrin gedişində Pakistan ordusu ilə birbaşa döyüşlərə girirdi.

2001-ci ilin avqust ayına qədər Əl Qaidənin ən böyük təlim düşərgəsi Əl-Faruk Qəndəharın yaxınlığında yerləşirdi. O zaman “Taliban” hərəkatının qərargahı da Qəndəharda yerləşirdi.

Yəni Qəndəhar “Taliban” üçün yad şəhər deyil...

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN