Gürcüstanda çağırışçılar (yeni əsgərlər) üçün Milli Hərbi Xidmətin yaradılması planlaşdırılır, sözügedən xidmətdən yararlanan əsgərlər üçün hərbi xidmət müddəti 12 ay əvəzinə 8 ay olacaq.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə müdafiə naziri Cuanşer Burçuladze parlamentdə çıxışı zamanı bildirib. Onun sözlərinə görə, Milli Hərbi Xidmətin yaradılması ilə gənclər yüksək səviyyədə ilkin döyüş hazırlığı keçmək imkanı əldə edəcəklər: “Milli hərbi xidməti yalnız Müdafiə Nazirliyi sistemində keçmək mümkün olacaq. Bu o deməkdir ki, gənclərimiz yüksək səviyyədə ilkin döyüş hazırlığı keçəcək, xidmət müddətində yalnız hərbi tapşırıqları yerinə yetirəcək və bununla da ehtiyatda xidmət üçün müvafiq baza yaradılacaq. Bu, gənclərdə ən qısa müddətdə zəruri hərbi vərdişlərin formalaşdırılması və ölkənin təhlükəsizliyinin artırılması deməkdir”, - deyə nazir bildirib. Qeyd edək ki, sözügedən qərar yalnız Müdafiə Nazirliyinin Milli Hərbi Xidmət proqramında hərbi xidmət göstərən şəxslərə şamil ediləcək. Gürcüstan qanunvericiliyinə əsasən ölkə vətəndaşı olan 18-27 yaş arasındakı kişilər 12 aylıq həqiqi hərbi xidmət keçməlidirlər.

24news.ge

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN