Rusiya Federasiyası hökuməti 2023-cü ildə Azərbaycanın 17 gəmisinin Xəzər dənizindən Azov dənizinə, Həştərxandan Volqa çayı boyunca Volqa-Don gəmiçilik kanalı vasitəsilə Rostov-Don marşrutu və əks istiqamətdə hərəkət etmələrinə icazə verib.
MN MEDİATUR TƏŞKİL EDİB
Müdafiə Nazirliyinin təşkilatçılığı ilə azad edilən ərazilərdə xidmət edən hərbi qulluqçuların döyüş hazırlığı və döyüş növbətçiliyi, eləcə də onların sosial-məişət şəraiti ilə tanış olmaq məqsədilə media nümayəndələri üçün növbəti mediatur təşkil edilib.