...Təhsilimizin problemləri çoxdur...

Ən ciddisi odur ki, təhsilə rəhbərlik edənlər özündən əvvəlkilərin günah və nöqsanlarını deyir, amma həmin nöqsanlardan çıxış yolunu demir... Tənqid etməyə nə var ki?! Əsas odur, tənqiddən sonra problemin həlli yolunu da deyə biləsən. Məsələn, təhsil naziri Emin Əmrullayev dünən deyir ki, 2 min nəfər müəllim kvadratın perimetrini hesablaya bilmir. Araşdırmaçı jurnalist Taleh Şahsuvarlı bununla bağlı maraqlı status paylaşıb. Sitat: "...Nazir deyirsə, elədir. Məlumatın səhihliyinə şübhə etmirik. Amma sorğulamaq hüququmuzdur. Bir fərd müəllim ola bilmək üçün ən azı 15 il təhsil alır. 11 il orta, 4 il ali məktəbdə. Demək ki, təhsil sistemi 15 il ərzində təhsil alana kvadratın perimetrini hesablamağı öyrədə bilməyib. Nə qədər ki təhsil sistemi şagirdə, tələbəyə 50-lik, 100-lük kimi baxacaq və ali məktəblərə qəbul repetitorlar hesabına baş verəcək, nəticə daha acınacaqlı olacaq. Təhsil sahəsində korrupsiya və rüşvətxorluğu sıradan çıxarmaq üçün 6 ay vaxt lazımdır. Cəmi 6 ay!".

Bəli, bəyənmədiyimiz Sovetlər dönəmində orta məktəbi repetitorsuz bitirib Ali məktəbə qəbul oluna bilirdik. İndi isə, şagird az qala 11 il repetitor yanına gedir, sonda 150-200 bal yığır, heç liseyə də daxil ola bilmir. Bunların üzərində işləmək və ciddi islahatlara başlamaq lazımdır...

A.Məmmədli   

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN