Azərbaycanda çoxsaylı QHT-lər vardır və onların da çoxsaylı layihələri mövcuddur... lakin bu layihələrin çoxunun cəmiyyətə elə də bir xeyiri yoxdur, yaxud reallaşdırılan layihələr bəzən protokol xatirinə olur. Lakin Neftçilərin Hüquqlarının Müdafiəsi İctimai TBirliyinin layihələri həmişə diqqəti çəkib. Birlik bu dəfəki layihəsini isə Mingəçevirdə reallaşdıracaq. Birliyin sədri Mirvari Qəhrəmanlı "Təzadlar"a bunları bildirdi: "...22 Oktyabr 2022 il tarixində Mingəçevir şəhərində Azərbaycan Respublikası QHT- lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən dəstəklənən və Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi tərəfindən həyata keçirilən "Vətəndaşların pozulmuş hüquqlarının bərpası üçün hüquqi yardımların təşkili vasitəsi ilə hüquq sistemi və qanunun aliliyi prinsipinin bərqərar olmasına dəstək verilməsi" Layihəsi çərçivəsində pulsuz hüquqi yardımın təşkili məqsədi ilə vətəndaşların qəbulu təşkil ediləcəkdir. Bilirsiniz ki, işçilərin əmək hüquqları adədətən məlumatsızlıqdan, bəzən də işçinin öz hüququnu bilməməsindən baş verir... Bu dəfə də vətəndaşların hüquqi maariflənməsinə lazimi bilgiləri verəcək, pulsuz yardım göstərəcəyik...".
Xatırladırıq ki, layihənin icrası ünvanı belədir: Mingəçevir şəhəri, Rəsul Rza küç. 23. Mingəçevir Media Mərkəzi. Maraqlanan vətəndaşlar bu telefonlarla əlaqə saxlaya bilərlər:  055 202 83 09, 050 375 99 86
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN