Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) e-sosial.az portalında qeydiyyatdan keçən aktiv istifadəçilərin sayı bu ilin 6 ayında da artmaqda davam edərək iyulun 1-nə 929 minə çatıb.

ƏƏSMN-dən Tezadlar.az-a verilən məlumata görə, ölkənin sosial reyestri olan portal 2018-ci ilin son aylarında istifadəyə verilib. Vətəndaşlara onlar barədə toplanmış sosial məlumatlara (əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat və s. üzrə) bazasına çıxış imkanı verən e-sosial.az portalı hər kəsə hüquqları yarandığı təqdirdə 100-dən çox sosial xidmət növündən çevik rejimdə yararlanmaq imkanı verir.

Bu ilin yanvar-iyun aylarında portaldan 5,7 milyon dəfə istifadə olunub.

Vətəndaşların e-sosial.az portalından rahat istifadəsi və portalın daha əlçatan olmasına şərait yaradılması üçün portalın “Android” və “İOS” əməliyyat sistemləri də fəaliyyət göstərir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN