booked.net booked.net  

İmişli şəkər zavodunun işdən uzaqlaşdırılan sürücüləri ilə görüşdüm. Imişli şəkər zavodunda onillər boyu işləyən 100-ə yaxın yük maşınlarının sürücüsü işsiz qalıb.

 Bunu  MCP lideri, 79 saylı İmişli seçki dairəsindən millət vəkili seçilmiş Razi Nurullayev bildirib. O, qeyd edib ki, rəhbərliklə işçilər arasında olan fikir müxtəlifliyi daşınma qiymətləri ilə bağlı olub.

 “Səbəb zavod rəhbərliyi ilə sürücülər arasında daşınma qiymətləri ilə bağlı razılıq əldə edilməməsidir. Nəticə isə acınacaqlıdır. Şirkət yeni maşınlar və TIR-lar cəlb edərək işini görür.

Təbii ki, özəl şirkətdir və bizim onlara təsir imkanlarımız zəifdir. Amma, ilin-günün bu vaxtında ailələri çörəksiz qoymaq olmaz”, -deyə bildirib.

 Razi Nurullayev “ “Azərsun” rəhbərliyi gərək çıxış yolu tapmaq üçün qapını da açıq saxlayaydı. Kəsib atmaq asandır, asan yollar həmişə var”, - mesajını da verib...

Lakin millət vəkili şirkətin həmin bölgənin sakinlərinə çörək qazanmaq üçün iş yeri verdiyini də və bunu yüksək dəyərləndirdiyini diqqətə çatdırıb:

 “Etiraf edək ki, bu zavod və şirkətin fəaliyyətləri İmişlidə iş yerləri yaradıb, insanlara, ailələrə çörək verib, bunu görür, qiymətləndirir və təşəkkür edirik.

Bununla bərabər, işdən uzaqlaşdırılan sürücülərlə yenidən danışıqlara getmək lazımdır və mən də İmişlinin deputatı kimi məsələnin hər iki tərəf üçün qarşılıqlı razılıqla həll olunması üçün əlimdən gələni etməyə hazıram”, - deyə millət vəkili bildirib.

Qeyd edək ki, “Azərsun Holdinq” MMC-yə məxsus “Azərbaycan Şəkər İstehsalat Birliyi” 2001-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 95 milyon manatdır. Şirkət İmişli Şəkər Zavodunun idarə edilməsi ilə məşğuldur. İmişli Şəkər zavodu “Azərsun Holdinq” şirkətlər qrupu tərəfindən inşa edilmiş, 23 mart 2006-cı ildə istifadəyə verilmişdir.  İmişli Şəkər Zavodu Azərbaycanın ən böyük zavodlarındandır. Gündə 1100-1200 ton yüksək keyfiyyətli kristal şəkər istehsal etmək gücünə malikdir.

 razi-shikayet-1

razi-shikayet2

 razi-shikayet3

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN