...Bu gün səhərin gözü açılmamış SMCRadar.az-dan mesaj gəldi ki, 20 manat cəriməniz və 12 manat dəbbə pulu var.

Məlum olur ki, MEDİA-nın tədbirlərindən birinə gedəndə hamının saxladığı yerdə avtomobil saxlamışam və DYP əməkdaşı da fürsəti əldən vermədən bir-bir cərimə ovuna çıxıb. Təbii ki, aidiyyəti üzrə şikayət verirəm. Amma MEDİA Agentliyinə də təklifim var: jurnalistlərin rəsmi tədbirlərə gedərək təmənnasız olaraq informasiya paylaşmasının bəzən əvəzi belə cərimələr olur. Bəlkə MEDİA DİN qarşısında məsələ qaldırsın ki, müvafiq rəsmi tədbirlər keçirilən yerlərdə jurnalistlərin avtomobil saxlamasına (şirkət, xidməti avtomobil sahiblərinə olduğu kimi) güzşətlər-icazələr tətbiq edilsin. Məsələn, xüsusi nişanlar verilə bilər ki, cərimə ovuna çıxan DYP əməkdaşı həmin avtomobilə cərimə yazmasın. Onsuz da biz jurnalistlər qayda pozmağa meyilli deyilik və ciddi qadağalar olan, tıxaclara rəvac verən yerlərdə avtomobil saxlamırıq. İndi biz neyləyək ki, Bakını acgöz iş adamlarının icarəsinə verib göydələnlərlə doldurub paytaxtı tıxaclara yükləyiblər... Səhər-tıxac, günorta-tıxac, axşam-tıxac... 

Bəzən isə bir gündə bir necə yerdə tədbirlər keçirilir. Avtomobil saxlama probleminə və Yol Polisi inspektorunun saxlamağı qadağan edən nişanına görə taksilərdən  istifadə etməyə məcbur oluruq. Dövlət və ya digər rəsmi tədbirlərdə iştirak edərək məlumat-xəbər, məqalə və s. yazırıq və öz şəxsi vəsaitimiz hesabına (taksidən istifadə və s.) bunları təmin edirik, sonda məlum olur ki, hələ bir 20 manat cərimə də edilmişik. Mükafat əvəzinə-cərimə!

 Niyə hansısa idarə rəisinə, AA seriyalılara olar, amma 4-cü hakimiyyət nümayəndəsinə olmaz?!

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN