Martın 13-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin Çovdar kəndinin Şadax yaşayış sahəsində Kəlbəcər rayonundan olan müvvəqəti məskunlaşmış vətəndaşlarla keçirilən səyyar qəbulunda rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və sakinlər iştirak ediblər.

İcra başçısı Ə.Abıyev çıxış edərək möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələr üzrə inkişafdan və qazanılan davamlı uğurlardan, eləcə də Daşkəsən rayonunda aparılan tikinti-quruculuq, abadlıq işlərindən, əhalinin sosial problemlərinin həlli, rifahının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb, sakinlərin müraciətlərinin həlli ilə bağlı görülən işlərdən danışıb.

Ə.Abıyev vurğulayıb ki, “AzerGold” QSC-nin Çovdar filiz emalı sahəsi ərazidə, həmçinin Daşkəsən rayonunda əhalinin işlə təmin olunmasında həmişə olduğu kimi çox mühüm rol oynayır. Belə ki, vakansiyalar üzrə tələblərə uyğun gəldikləri təqdirdə işə qəbul zamanı Çovdar kəndinin və Şadax yaşayış sahəsi sakinlərinin müraciətlərinə xüsusi üstünlük verilərək köməklik göstərilir.

img-20230313-wa0000

Ə.Abıyev Şadax adlanan ərazidə yaşayan sakinlərin kollektiv müraciətlərini dinlədikdən sonra bildirib ki, 44 günlük Vətən müharibəsi nəticəsində 30 ilə yaxın müddət ərzində işğal altında qalmış ərazilər düşmən tapdağından azad edilmiş və məcburi köçkülərin öz ata-baba yurdlarına qayıtmalarına şərait yaranmışdır. Şadax adlanan ərasizindəki məcburi köçkünlərə Daşkəsən rayonunun ərazisində boş mənzil fondu olmadığına görə doğma yurdlarına qayıdanadək mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün müvəqqəti məskunlaşmaları məqsədilə respublikanın müxtəlif bölgələrində, həmçinin Biləsuvar və Saatlı rayonlarının ərazisində mənzillər təklif olunur.

Hazırda Şadax adlanan ərazidə sakinlərin yaşaması üçün heç cür şərait yoxdur. Buna görə də, sakinlər ərazidən başqa əraziyə köçürülmələrini Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısından xahiş edirlər.   

İcra başçısı qaldırılan məsələlərin icrasına dair tapşırıqlarını verib. Müraciətlərin bir qismi yerində həll edilib, icra strukturunun fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə yuxarı orqanlara çatdırılması üçün nəzarət qaydasında qeydiyyata götürülüb.

Qəbulda iştirak edən Şadax yaşayış sahəsində məsunlaşmış Kəlbəcər rayonundan olan vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya və “AzerGold” QSC-nin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Elmar Əliyev – Vüqarlı,

Daşkəsən RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN