Uzun fasilədən sonra Azərbaycanda virusla mübarizə tədbirləri öz bəhrəsini verməyə başlayıb və artıq Azərbaycana xarici ölkələrin vətəndaşlarının giriş-çıxışına icazə verilməkdədir. Lakin bu o demək deyil ki, Azərbaycanda arxayınlaşmağa da əsaslar var.

Bəşəriyyətin bəlasına çevrilmiş virusla mübarizədə arxayınlaşma yolverilməzdir, karantin qaydalarına ciddi riayət olunmalıdır. Məsələn, bu gündən hava nəqliyyatı vasitəsilə 20 ölkənin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycana giriş-çıxışına icazə verilib. Həmin şəxslər COVID-19 pasportu və 72 saat ərzində verilən COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında Azərbaycan gəlib-gedə biləcəklər. Vətəndaşlarının Azərbaycana giriş-çıxışına icazə verilən ölkələrin siyahı: 1. Almaniya Federativ Respublikası; 2. Avstriya Respublikası; 3. Belcika Krallığı; 4. Çexiya Respublikası; 5. Danimarka Krallığı; 6. İrlandiya Respublikası; 7. İspaniya Krallığı; 8. İsveç Krallığı; 9. İsvecrə Konfederasiyası; 10. Kanada; 11. Luksemburq Böyük Hersoqluğu; 12. Malta Respublikası; 13. Niderland Krallığı; 14. Polşa Respublikası; 15. Portuqaliya Respublikası; 16. Serbiya Respublikası; 17. Sinqapur Respublikası; 18. Slovakiya Respublikası; 19. Sloveniya Respublikası; 20. Yunanıstan Respublikası.

 Azərbaycanın müvafiq qurumları bütün qüvvələrini COVİD-19-la mübarizəyə səfərbər edilib və vətəndaşlarımız mümkün qədər ciddi nəzarət qaydalarına əməl etməlidir. 

A.Məmmdəli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN