Hər altıncı uşaq məişət zorakılığının şahidi olur...

Bunu Qazaxıstan Respublikasının Prezidenti yanında Qadın İşləri və Ailə-Demoqrafik Siyasət üzrə Milli Komissiyanın üzvü, "Böhran Mərkəzləri İttifaqı”nın HŞB (Hüquqi Şəxslərin Birliyi) idarə heyətinin sədri Zülfiyyə Baysakova Almatıda keçirilən “dəyirmi masa”da bildirib.

Onun sözlərinə görə, bu rəqəm qadınların məişət zorakılığından qorunması sahəsində daxili qanunvericiliyin təşviqi üçün bir çox layihələrin təşəbbüskarı olan Qazaxıstandakı Fridrix Ebert Fondunun araşdırması nəticəsində təqdim olunub.

Almatı Polis İdarəsinin yerli polis idarəsinin rəis müavini, polis polkovniki Dias Duanbekov qeyd edib ki, 2023-cü ilin ötən dörd ayının yekunlarına görə, şəhərdə məişət zorakılığı sahəsində altı ağır cinayət - ikisi ağır bədən xəsarətləri ilə, dördü isə qətllə törədilib.

“ Qətllər, bir qayda olaraq, ailə qalmaqallarının, mübahisələrin təkrarlanması və bu hüquq pozuntularına vaxtında reaksiya verilməməsi nəticəsində törədilir. Göstərilən müddət ərzində 2500-dən çox vətəndaş qeydiyyata alınıb, onlarla profilaktik söhbətlər aparılır. Artıq 1500-dən çox şəxs 15 sutka müddətinə həbs növündə inzibati məsuliyyətə cəlb edilib”, -deyə vurulayıb.

Polkovnik diqqətə çatdırıb, ötən illə müqayisədə gündəlik həyatda cinayət hadisələrinin səviyyəsi azalsa da, inzibati xətaların səviyyəsi ildən-ilə artır.

Dias Duanbekovun sözlərinə görə, məişət zorakılığının əsas səbəbi spirtli içkilər və işsizlikdir.

Təkcə son doqquz ayda Qazaxıstanda  məişət zorakılığının səviyyəsi 90 faiz artıb. Bu, “150” qaynar xəttinin məlumatıdır. Almatıda məişət zorakılığı qurbanları üçün “Jan-Saya” sığınacaqının fəaliyyəti zamanı 5 minə yaxın insan yardım alıb. Onların 61 faizi anasına qarşı zorakılığın şahidi olmuş və bununla bağlı ağır psixoloji travma almış azyaşlı uşaqlardır.

Qeyd edək ki, bu tədbir Beynəlxalq ailə gününə və Qazaxıstanın qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Konvensiyaya qoşulmasının 25-ci ildönümünə həsr olunub.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına görə,  məişət zorakılığı ilə bağlı daxil olan 544 müraciətdən psixoloji zorakılıq üzrə şikayətlər üstünlük təşkil edib. Zorakılıq törədənlərin 470 nəfəri kişi, 79 nəfəri isə qadındır. Cari ilin ilk 3 ayı ərzində Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı 122 müraciət daxil olub. Bu müraciətlərə əsasən yerli icra hakimiyyəti orqanları tərəfindən zərərçəkmiş şəxslərə 15 mühafizə orderi verilib.

Daxil olan müraciətlərdə psixoloji zorakılıq üzrə şikayətlər üstünlük təşkil edib. Şikayət edənlərin zorakılığın bir neçə növünə məruz qaldığı məlum olub.

Qeyd edək ki, müraciət edənlərin əksəriyyəti əri (65), keçmiş əri (20) və yaxın qohumu (24) tərəfindən zorakılığa məruz qalıb. Zorakılıq törədənlərin 106 nəfəri kişi, 21 nəfəri qadındır.

Həmçinin ən dəhşətlisi budur ki, Azərbaycanda 2022-ci ilin 11 ayında 71 qadın qətlə yetirilib.

"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin apardığı monitorinqin nəticələrinə görə, qətlə yetirilmiş qadınlardan 34-ü həyat yoldaşı, 6-sı qardaşı, 3-ü oğlu, 4-ü atası, 3-ü keçmiş həyat yoldaşı, 5-i sevgilisi, 4-ü qohumu, 1-i nişanlısı və 11-i qeyri-müəyyən şəxs və ya şəxslər tərəfindən öldürülüb...

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN