Amerikalı milyarder Corc Soros ölümü ilə bağlı yayılan xəbərləri təkzib edib.

Tezadlar.az xəbər verir ki, o, bu barədə öz Tvitter hesabında bəyanat yayıb.

Soros infarkt keçirməsi ilə bağlı xəbərləri “tamamilə yalan” adlandırıb.

92 yaşlı milyarder əlavə edib: "Mən sağam və yaxşıyam".

Qeyd edək ki, bundan əvvəl internetdə Sorosun infarktdan öldüyü barədə məlumatlar yayılmışdı. Tvitter-də xəbərin müəllifi Cillianon ləqəbli istifadəçi olub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN