Artıq bəlli olur ki, Gürcüstanda siyasi rəhbərlik niyə Putinin ölkə vətəndaşlarının 90 gün ərzində Rusyaya vizasız gediş-gəlişinə dair Fərmanına etiraz etməkdədir...

Bunun sirri yavaş-yavaş açılır. Belə ki, Prezident Salome Zurabişvili dünən Brüsseldə Avropa Şurasının prezidenti Şarl Mişellə görüşündə qeyd edib ki, "Gürcüstan mütləq öz Avropa ailəsinə qayıdacaq". Tezadlar.az Azadlıq Radiosu-na istinadla bildirir ki, Şarl Mişel öz növbəsində Zurabişviliyə Gürcüstanın sarsılmaz Avropa yoluna davamlı dəstəyinə və Aİ-nin ümumi Avropa gələcəyinə verdiyi güclü dəstəyə görə təşəkkür edib. Salome Zurabişvili həmçinin, Avropa İttifaqı Şurasının prezidentini Gürcüstana səfərə dəvət edib. Avropa Şurasının prezidenti Şarl Mişel isə dəvəti qəbul edib və yaxın vaxtlarda səfərə hazır olduğunu bildirib.

Deməli, Gürcüstan həm də bununla ərazisində NATO-ya meydan verəcək. Bəs Rusiya buna necə yanaşacaq? Ukraynaya qarşı etdiyi müharibə burda da təkrarlana bilərmi? Sual açıq qalır...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN