""Təzadlar" qəzeti redaksiyasına

Sizin Yasamal Rayon İcra Hakimiyyətinə "Sirr" şimiyyat evinin sahibi tərəfindən mənzildə aparılmış qanunsuz tikinti və genişləndirmə işləri barədə müraciətinizə 3 saylı XT MKTB tərəfindən baxılmışdır.

Müraciətiniz araşdırılan zaman məlum olmuşdur ki, 520-ci məhəllə, Hüseyn Cavid prospekti, ev 19 ünvanda 12.10.2018-ci il tarixli, RX seriyalı 139233 saylı Çıxarışa əsasən 13,9 kv.m qeyri-yaşayış sahəsi və 12.10.2018-ci il tarixli, RX seriyalı, 1390270 saylı çıxarışa əsasən ümumi sahəsi 36,3 kv.m olan 30 nömrəli mənzil vətəndaş Rəcəbova Turan İlham qızına məxsusdur.

Texniki pasporta əsasən ümumi sahəsi 41,7 kv.m olan mənzildə yenidənqurma və yenidən planlaşdırma işləri aparılmış, mənzil qeyri- yaşayış sahəsi kimi istifadə etmək üçün uyğunlaşdırılmış və keçid qapısı ilə vətəndaşın özünə məxsus qeyri-yaşayış sahəsi ilə birləşdirilmişdir. Nəticədə mənzilin və qeyri-yaşayış sahəsinin birlikdə faktiki ümumi sahəsi 59,34 kv.m olmuşdur. İki sahəni birləşdirən qapının açılmasının mümkünlüyünə Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu tərəfindən 08.01.2019-cu il tarixli texniki baxış rəyi verilmiş, Azərbaycan Respublikasının  Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin 14.12.2018-ci il tarixli, 104- Ol/TN-R-4 saylı məktubu ilə etiraz edilmədiyi bildirilmişdir.

Yuxarıda qeyd olunmuş sənədlərə əsasən Yasamal Rayon İcra Hakimiyyəti Başçısı tərəfındən 07.02.2018-ci il tarixində 23 saylı sərəncam verilmişdir.

Eyni zamanda vətəndaş Vasif Məhərrəmova qonşusu ilə arasında məişət zəminində yaranmış mübahisənin məhkəmə qaydasında həll etməsi tövsiyyə olunmuşdur.

Hörmətlə:

Rüstəm Kocayev,

Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi".

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN