Ötən gün Xəzər Universitetində Elm və Sənət Məclisinin 78-ci məşğələsi baş tutub.

Məclisin qonağı Türkiyənin İstanbul Universitetinin müəllimi Professor Mehmet Ölmez olub.

Professorun ilk günkü mövzusu isə “Hun Göytürk dövrü türkcə abidələr və əsas tədqiqatlar” idi.

 Elm və Sənət Məclisini giriş sözü ilə Xəzər Universitetinin təsisçisi və ilk rektoru fizika-riyaziyyat elmləri doktoru, professor Hamlet İsaxanlı açdı. Mövzu ətrafında, Professor Mehmet Ölmezin aparmış olduğu tədqiqatlar barədə məlumat verdi.

mehmet-abide

Daha sonra Professor Mehmet Ölmez türklərin qədim tarixi, Monqolustandakı qədim daş abidələrin alimlər tərəfindən tədqiqi və gəlmiş olduqları nəticələr,  orada tapılan qədim daş üzərindəki yazıları tədqiq etməsi və aşkarlamış olduğu sözlər - onların tarixi, mənası, bu mövzuda dərc etdirdiyi kitabda qeyd etdikləri barədə ətraflı danışdı, geniş elmi izahını verdi.

mehmet-kitab

Onun çıxışı – türklərin qədim tarixi ilə bağlı araşdırması, Azərbaycan dilinin zənginliyi və qədim türk dilinə ən yaxın dil olması və digər məsələlərlə bağlı açıqlamaları maraqla dinlənildi.

Daha sonra dəvətlilər mövzu ətrafında qonağa suallar verdi.

Qeyd edək ki, Prof.Mehmet Ölməzin elmi mövzularda çıxışları bu gün və sabah da davam edəcək: bu günkü görüşün mövzusu “Göytürk-Uyğur-Qaraxanlı”, sabahkı isə “Türk-monqol dil əlaqələri” olacaq.

x

Xatırladaq ki, “Xəzər” universitetində  Elm və Sənət Məclicinin ilk  məclisi 2006-cı il oktyabrın 10-da baş tutub. Təşəbbüs isə Universitetin təsisçisi Hamlet İsaxanlıdan gəlib.

Bu məclislərin keçirilməsinin başlıca məqsədi isə tanınmış mütəxəssislərin, elm  adamlarının univesitetə dəvət edilərək dinlənilməsi, diskusiyalara, elmi polemikaya şərait yaradılması, müxtəlif sahələr üzrə yeni elmi yeniliklərlə tanış olmaq və tarixi həqiqətləri üzə çıxarmaqdan ibarətdir.

hamlet-mehmet

xezer-1

mehmet-hamlet

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN