Deputat Siyavuş Novruzovun Milli Məclisdə "Reproduktiv sağlamlıq” haqqında Qanun layihəsi ilə bağlı çıxışı zamanı söylədikləri yəqin ki, çoxunu şoka salıb və salacaq...

Deputatın sözlərinə görə, “Reproduktiv sağlamlıq” haqqında qanun layihəsinin qəbulu mənasızdır.

O, etiraf edib ki, Dini Komitənin sədri olduğu vaxt adı çəkilən Qanun layihəsinin plenar iclasda müzakirəsinə mane olub. Deputat tibb elminin ən uğurlu elmi kəşflərindən biri olan süni mayalanmanın ölkəmizdə də tətbiq olunmasını din ilə, milli mentalitet ilə uyğun olmaması  ilə əsaslandırmağa çalışıb.

Siyavuş Novruzov iddia edib ki, əgər kiməsə Allah övlad verməyibsə, onun süni mayalanma ilə övlad sahibi olması yolverilməzdir – çünki bu, Allahın əleyhinə getməkdir...

 “Mən beş il ərzində Milli Məclisdə Dini komitənin sədri olduğum zaman imkan vermədim ki, o qanun layihəsi plenar iclasa tövsiyə olunsun. Mən məsələyə başqa mövqedən baxıram. Süni mayalanma ilə uşaq dünyaya gətirmək olmaz. Allah qismət etməyibsə, onun əleyhinə getmək olmaz. Ona görə də bu qanunu qəbul etməyin mənası yoxdur”, -  deputat bildirib.

Xatırladaq ki, ilk dəfə 1978-ci ildə Böyük Britaniyada tətbiq edilən süni mayalanma 2004-cü ildən etibarən Azərbaycanda da həyata keçirilir. O vaxtdan dünyada milyonlarla uşaq süni mayalanma ilə doğulub. Ölkəmizdə isə bu rəqəm 90 min civarındadır. Hesablamalara görə, Azərbaycanda hər ailədən 2-si, 3-ü sonsuzluqla üzləşir. Və süni mayalanmanın kəşfi həm belə ailələrin övlad sahibinə malik olmasına, ailələrin dağılmamasına, həm də neçə-neçə ocağa sevinc gətirməsinə səbəb olub. Artıq süni mayalanma əməliyyatlarının da icbari tibbi sığorta üzrə xidmətlər zərfinə daxil edilməli olduğu da bildirilir. Əgər belə olarsa, neçə-neçə süni mayalanmaya ehtiyacı olan imkansız ailə övlad sahibi ola biləcək.

P.S. Elmdəki nailiyyətə Allahdan, dindən, mentalitetdən... sitat gətirərək mane olmağa çalışan deputatın yəqin ki, xəbəri olmamış olmaz ki, Allah istəməsə ağacdan bir yarpaq belə düşməz! Və əleyhinə çıxdığı həmin süni mayalanmanın tətbiqi ilə doğulan uşaqları da YARADAN istəməsəydi, doğulmazdılar və həmin alimlər nə süni mayalanmanı ixtira edə bilməz, həkimlər də icra edə bilməzdilər...

...Və 2023-cü ildə Azərbaycan Milli Məclisinin deputatı olan bir şəxs elmi nailiyyətləri dini əsaslarla əngəlləməyə çalışırsa, vay bizim halımıza!

Y.MƏMMƏDLİ 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN