Qafqaz Səhmdar Cəmiyyətinin təsisçisi, Azərbaycanlı oliqarx Ağabala Quliyevin Rusiya şəhərində tikdirdiyi tarixi binalar dağılmaq üzrədir...

Stavropolda yaşayan azərbaycanlılar bakılı xeyriyyəçi və tacir Ağabala Quliyevin şəhərdə tikdirdiyi binaları bərpa etmək istəyirlər və buna görə Rusiyadakı Azərbaycan diasporundan kömək istəyiblər.

Ötən əsrin əvvəlində A.Quliyev Rusiyanın Stavropol şəhərində dəyirman və qotika qəsri tikdirib, indi isə hər iki bina bərbad vəziyyətdədir və bərpaya ehtiyacı var.

"Biz fəal şəkildə material toplayırıq. Təəssüf ki, təkcə ruslar deyil, Stavropolda yaşayan azərbaycanlılar da Ağabala Quliyevin kim olduğunu bilmirlər. Biz bu tarixi binaların acınacaqlı vəziyyətini göstərmək üçün bəzi məlumatlar toplamağa nail olduq. Məqsədim onları xilas etməkdir”.

 Sputnik Azərbaycan xəbər verir ki, bunu Stavropol sakini olan Məhərrəm Mirzəyev bildirib.

Quliyevin dəyirmanı mədəni irs obyekti kimi qeydiyyata alınmayıb, lakin onun tarixi-mədəni dəyəri müəyyən edildikdən sonra dövlət mühafizəsinə götürülə bilər.

Bu barədə Stavropol Ərazisinin Mədəni İrs Obyektlərinin Mühafizəsi və Dövlət Mühafizəsi İdarəsi məlumat yayıb.

Qotika üslubunda tikilən binaya gəlincə, 2015-ci ildən o belə bir statusa malikdir, lakin onun bərpası ilə məşğul olmayan rusiyalı sahibkar tərəfindən icarəyə götürülüb.

Qeyd edək ki, Ağabala Quliyev 1862-ci ildə Bakının Keşlə kəndində kasıb ailədə anadan olub. Quliyev böyüdükdən sonar un və taxıl alverinə başlayıb, bir müddət sonra dəyirman tikib, bundan sonra ona “un kralı” ləqəbi verilib.

Quliyev Qafqazın bir çox şəhərlərində zavodlar tikdirib, Stavropol və Georgiyevskdə mülkləri olub. İndi onun dəyirmanından fasaddan başqa heç nə qalmayıb. Bəzi məlumatlara görə, o, memar Qriqori Kuskovun layihəsinə əsasən tikilib, layihəyə əsasən qotika üslubunda qala da tikilib.

Məlumata görə, layihə Quliyevə 350 min rubl gümüşə başa gəlib və bu, heç də az pul deyilmiş.

Quliyev o vaxtlar oliqarxlardan biri hesab olunurmuş. Onun imperiyası Orta Asiyadan Qafqaza qədər uzanırdı.

***

Xatırladaq ki, bakılı milyonçunun Stavropoldakı un dəyirmanının bərbad vəziyyətə düşməsi barədə də indiyədək məlumatlar dərc edilib, eyni zamanda illər öncəsi  Stavropol KİV-də də. Quliyevin dəyirmanı barədə dərc edilən bu yazılarda da dəyirmanın taleyi  barədə təəssüflə qeyd edilirdi.

quliyev-deyirman

....Stavropolluların bildirdiyinə görə, 90-cı illərdə ətrafda  hər şey dağıdılıb.  Qafqaz Səhmdar Cəmiyyətinin təsisçisi olmuş Quliyevin dəyirmanı isə işləyirmiş. 4 saylı çörək zavodu orada yerləşirmiş, lakin sonra bazar iqtisadiyyatı öz işini görür və dəyirman binası boş qalır. Və yavaş –yavaş sökülüb dağıdılmağa başlayıb.

 Amma xoşbəxtlikdən bu misli görünməmiş tamah və vandalizm cazibəsi dayandırılır.

Təəssüf ki, bina mədəni irs obyektləri siyahısına daxil edilməyib və şəxsi əllərə verildiyi üçün onun taleyi "tükdən asılıdır". Binanın sahibi ya onu yenidən qura, ya da sökə bilər...

deyirman-umush

***

İndi isə Azərbaycanlı, bakılı oliqarxın Stavropolda tikdirdiyi binaları bərpa etdirmək və Rusiyada dövlət mühafizəsinə aldırmaq, mədəni irs kimi qeydiyyata götüzdürmək bizim borcumuzdur. Nəzərə alsaq ki, Stavropol ölkəsində çoxlu sayda erməni yaşayır və orada at oynadırlar... Əgər belə bir tarixi binalar ermənilərə məxsus olmuş olsaydı, onlar bu barədə bar –bar bağırar və talanmağa, dağılmağa qoymazdılar (Ermənilər özlərinə aid olmayan tarixi belə o qədər saxtalaşdırıblar ki... Onların bu nadir "istedadları" bizə Azərbaycana məxsus qədim İrəvandan, ermənilərin indi yaşadığı Ermənistan deyilən Azərbaycan ərazilərindən, Qarabağdan da çox yaxşı tanışdır! Biz isə öz halal malımıza-mülkümüzə belə sahib çıxa bilmirik...).

Bunu indiyədək etməməyimiz isə böyük günahdır, hansı ki, orada uzun illərdir yaşayan və bundan xəbərdar olan azərbaycanlılar da olub, diasporamız da...

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN