Elmimizin idarə olunmasında çox ciddi problemlər yaşayırıq. Elm adamları bu sahədəki narahatlığı çoxdan hiss ediblər və həyəcan təbili çalırlar.

Bu fikri professor Qafar Cəbiyev TƏZADLAR TV-nin (TTV) efirindən səsləndirib.

Professor “...Kamera qarşısına keçəndə bildirirlər ki, elmə istedadlı gənclər gəlməlidir, lakin hansı istedadlı gənc 400 manat məvaciblə özünü elmə həsr etmək istəyər?”, - deyib.

Onun sözlərinə görə, sadəcə vətənpərvərəm deyərək, özünü elmə həsr etmək olmaz, çünki hər kəsin ailə qayğıları var.

“Əfsuslar olsun ki, bu sahədə problemlər var. Problemlərin kökü nədir? Kimlər isə elə düşünməsin ki, bu problemlər Azərbaycan dövlətinin elmə münasibətindən qaynaqlanır. Xeyir, əsla belə deyil! Sadəcə olaraq, idarəçiliyin yarıtmaz təşkili ucbatından yaranıb. Mənim əməkdaşı olduğum  Azərbaycan Milli Elmlər Akademiyasının  (AMEA) Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda 300 nəfərədək işçi çalışır. Son 15 ildə işə götürülənlərin üçdə ikisindən çoxunun tarix ixtisasına, arxeologiyaya əsla aidiyyatı yoxdur. Onları isə işə alimlər deyil, direktor götürür. Direktorlara isə yuxarıdan tapşırıq verirlər, tövsiyə edirlər - filankəsin bacısı oğludur, filankəsin baldızıdı, dostudu...“, - deyə alim təəssüflə bildirib.

Qeyd edək ki, Qafar Cəbiyev  Azərbaycanın tanınmış tarixçisidir, tarix elmləri doktorudur, həmçinin Azərbaycan Respublikasının əməkdar jurnalistidir.

 

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN