İnstitutun direktoru, kimyaçı alim Maisə Rəhimova bir aya necə tarix üzrə doktorluq müdafiə edə bilib?..

*** 

Hər dəfə Akademiya işçilərinin məvacib  söhbəti gündəmə gələndə aidiyyatı qurumlar deyirki, orda ixtisarlar aparılmalıdır. Gəlin, ixtisar aparaq.

 Bu fikri Azərbaycan Milli Elmlər Akademiyasının  (AMEA) Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşı, professor Qafar Cəbiyev TƏZADLAR TV-nin (TTV) efirindən səsləndirib.

 “İxtisarı kim etməlidir? Rəhbərlik etməlidir. İşə götürən var, işdən azad edən var. İxtisar isə edə bilmirlər, çünki ora götürülənlərin – o qeyri-ixtisas sahiblərini, işdən anlayışı olmaya, illərlə iş yerinin ünvanını bilməyən adamları... ora götürənlər ixtsar etməlidir. Onlar da ixtisar edə bilmirlər: filankəsin, yaxud özünün qohumudu, həyat yoldaşıdır... Dəhşətli mənzərədir”, - deyə Professor Qafar Cəbiyev Azərbaycan elmini axsadan səbəblərdən birini açıqlayıb.

O, qeyd edib ki, ən böyük problem də rəhbərliyin təyinatındadır.

Professor diqqətə çatdırıb ki, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutuna uzun illər -15 ilədək tarixlə heç bir əlaqəsi olmayan, Universitetin (indiki ADU) kimya fakültəsini bitirmiş Maisə xanım Rəhimova   rəhbərlik edib.

“Bu adam ixtisasca tarixçi deyildi. Kimya elmləri namizədi olarkən institutun elmi katibi idi. O zamankı direktor rəhmətə gedən kimi rəhbərliyi Maisə xanımı təyin etdilər. Və cəmisi bir ay ərzində yeni direktor tarixdən doktorluq müdafiə etdi...”, - deyə professor vurğulayıb.

Qeyd edək ki, aparıcının “O zamankı Ali Attestasiya Komissiyası (AAK) bunu necə təsdiq edə bildi?” – sualına isə Qafar Cəbiyev “ O zaman da, ondan sonrakı vaxtlarda da cəmiyyətdə hamı bilir ki, oralarda hansı kriteriyalar işləyirdi” cavabını verib...

 Qeyd edək ki, Qafar Cəbiyev  Azərbaycanın tanınmış tarixçisidir, tarix elmləri doktorudur, həmçinin Azərbaycan Respublikasının əməkdar jurnalistidir.

JASMİN

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN