Ucar rayonunun Lək kənd sakini Məmmədov Yasin Əlisa oğlu redaksiyamıza şikayət məktubu göndərib.

Y.Məmmədov Yevlax Regional Qeydiyyat-İmtahan və Texniki Baxış Şöbəsindən şikayətçidir. Yazır ki, Yevlax Regional Qeydiyyat-İmtahan və Texniki Baxış Şöbəsində açıq-aşkar bazardır: "Şöbə rəisi Cavanşir Vəliyev və müavini Yusif İsmayılov pulları özlərinin təyin etdiyi "dəllallar" vasitəsilə mənimsəyirlər.

Mən 13 avqust 2021-ci il tarixdə 90 ZM 964 dövlət nömrə nişanlı "Mercedes-Benz" markalı avtomobilimi oğlum Rahimin adına qeydiyyata aldırmaq üçün Yevlax Regional Qeydiyyat-İmtahan və Texniki Baxış olan zaman rəis müavini Yusif İsmayılov mənə dedi ki, dəhlizdə Natiq adlı şəxsə yaxınlaş, o, sənə kömək edəcək. Mən Natiq adlı şəxsə yaxınlaşdım, o, mənim sənədlərimi alıb qeydiyyat otağına getdi. Sonra qayıdıb mənə dedi ki, 300 manat pul ödəməliyəm. Bunun çox baha olduğunu bildirdikdə, dedi ki, mənə hörmət üçün 20 manat keçərlər, 280 manatdan bir qəpik aşağı olmayacaq.

Mən qeydiyyata görə dövlət rüsumunun 18, texniki baxışın isə 30 manat olduğunu Natiq adlı şəxsə bildirdikdə, o, mənə dedi ki, dövlət rüsumu söhbəti edəcəkdinsə, daha bura niyə gəlirdin? Dedim, bunun dövlət rüsumu 300 manat olmadığı halda, nə üçün məndən bu qədər pul istəyirsiniz? Natiq adlı şəxs isə mənə bildirdi ki, onlar istəyir, mən yox, - deyib rəis müavini Yusif İsmayılovun kabinetini göstərdi.

Onu da deyim ki, bütün bünları videolentə almışam. Yevlax Regional Qeydiyyat-İmtahan və Texniki Baxış Şöbəsində baş alıb gedən korrupsiya əməllərindən əziyyət çəkən vətəndaşlar dəhşətə gəlir. Yevlax Regional Qeydiyyat-İmtahan və Texniki Baxış Şöbəsində hər gün minlərlə insan soyulur. Ancaq bu barədə heç bir tədbir görülmür.

Hörmətli redaksiya! Mən Yevlax Regional Qeydiyyat-İmtahan və Texniki Baxış Şöbəsinin rəisi Cavanşir Vəliyev və müavini Yusif İsmayılovun qanunsuz əməlləri barədə sizin vasitənizlə cənab Prezidentə, Baş Prokurorluğa, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə, Daxili İşlər Nazirliyinə və digər aidiyyətı orqanlara müraciət edirəm.

Xahiş edirəm, Yevlax Regional Qeydiyyat-İmtahan və Texniki Baxış Şöbəsinin rəisi Cavanşir Vəliyev və müavini Yusif İsmayılovun korrupsiya əməlləri araşdırılsın, barələrində müvafiq tədbirlər görülsün".

Məsələ ilə bağlı Yevlax Regional Qeydiyyat-İmtahan və Texniki Baxış Şöbəsindən münasibət öyrənmək cəhdimiz alınmadı. Odur ki, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN