Kanadanın ermənisayaq müxalifət partiyaları bir araya gələrək sarsaqlayıb...

Kanadanın müxalifət partiyaları hökuməti Qarabağda “antiterror tədbirləri”nə cavab olaraq Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

Bu barədə "CBC News" məlumat yayıb.

Telekanalın məlumatına görə, sentyabrın 22-də Kanada Yeni Demokrat Partiyasının üzvləri Hizer Makferson və Alexandre Bouleris Kanada Xarici İşlər Nazirliyinə məktub göndərərək “beynəlxalq hüququn və regionda insan haqlarının pozulmasına görə məsuliyyət daşıyan Azərbaycanın fiziki və hüquqi şəxslərinə qarşı məqsədyönlü sanksiyaların tətbiqinə çağırıblar”.

Çərşənbə axşamı parlamentin iclasında Kvebek Blokunun İcmalar Palatasındakı nümayəndəsi Stefan Berqeron Ottavanın “təkcə Ermənistan vətəndaşlarına deyil, həm də Dağlıq Qarabağ sakinlərinə qarşı qəbuledilməz davranışına görə Bakıya qarşı niyə sanksiyalar tətbiq etmədiyini” soruşub. Müxalifətin çağırışlarına cavab olaraq, Kanadanın xarici işlər naziri Mélanie Joly qeyd edib ki, “bütün imkanlar nəzərdən keçirilir”.

“Söhbət sanksiyalardan gedirsə, biz həmişə digər ölkələrlə birgə hərəkət etməyə çalışırıq, çünki bu, sözügedən ölkəyə təzyiq göstərmək üçün vacibdir”, - deyə xarici işlər naziri bildirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN