Qarabağda özünü qondarma respublikanın  "naziri" elan etmiş Ruben Vardanyan Laçın dəhlizinin girişində həbs edilərək Bakıya gətirilib.

Bu barədə KİV məlumat yayıb.

Rusiya mətbuatının məlumatına görə, Vardanyanın arvadı ərini əli çıraqlı axtarır, amma tapa bilmir, çünki qondarma "nazir" telefonuna cavab vermir...

Onun həyat yoldaşı Veronika Zonabend RBC-yə bildirib ki, o, digər erməni dəstəsi ilə birlikdə Qarabağı tərk etməyə çalışarkən həbs edilib.

Qeyd edək ki, Vardanyan 90-cı illərdən Rusiya fond bazarının əsas fiqurlarından biridir və İrəvanda anadan olmuş investisiya bankiridir. Forbes onun sərvətini bir milyard dollar qiymətləndirir. 2022-ci ilin sonunda o, Rusiya vətəndaşlığından imtina edib və  Qarabağa gələrək qondarma "hökümətdə" təmsil olunub.

Xatırladaq ki, Azərbaycan tərəfi dəfələrlə Vardanyana Azərbaycan ərazisini tərk etməyi tələb etmişdi. O isə özünü "nazir" sanmışdı... Və beləliklə, sözə qulaqasmaz Vardanyan, bütün planların boşa çıxdığını gördükdən sonra yuvasından başını çıxarıb və əkilmək istəyərkən yaxalanıb.   

***

TEZADLAR.AZ Dövlət Sərhəd Xidmətinə istinadən xəbər verir ki, sentyabrın 27-də “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karlenoviç Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib.

Saxlanılan şəxs barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilmişdir.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN