Azərbaycan polisi Xankəndi küçələrində patrul xidmətinə başlayıb.

Separatçılardan azad edilən şəhərdə asayişi Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşları qoruyur. Onlar artıq Xankəndidə xidmətə başlayıblar.

Son zamanlar qeyri-qanuni yaraqlıların və Ermənistanın separatçı layihəsinin iflasa uğradığı şəhərin küçələrində Azərbaycanın polis əməkdaşları ictimai asayişi qoruyurlar.

Qeyd edək ki, ölkəmizin ,Şanlı Ordusu Qarabağ bölgəsində 1 günlük uğurlu antiterror əməliyyatı keçirdikdən sonra Azərbaycan hakimiyyəti yerli erməni əhalisinə reinteqrasiya etməyi və Azərbaycan Respublikasının vətəndaşı olmağı təklif edib. Eyni zamanda, Xankəndini tərk edənlərin arzu edərlərsə, yenidən bölgəyə qayıtmaq imkanı da olacaq.

 

TEZADLAR.AZ

Pin It

GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 14 November 2023
By Elçin Məmmədli
IMAGE
BAYRAĞIM
Wednesday, 08 November 2023
By Şakir Qurbanov

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA