Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın oğlu Mehdi Abdullayevə yeni vəzifəyə təyin edib.

Əldə etdiyimiz məlumata görə, nazirin müaviq əmri ilə Mehdi Abdullayev "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsinin İdarə Heyətinin sədri Elşən Səlim oğlu Əsədovun müşaviri təyin olunub.

Qeyd edək ki, "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”sı 2019-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə yaradılıb.

Xatırladaq ki, Mehdi Abdullayev 1980-ci il iyul ayının 26-da Bakı şəhərində, Azərbaycanın xalq yazıçısı, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın və AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyevanın ailəsində dünyaya gəlib.

Bakı Dövlət Universitetinin Hüquq fakültəsini və Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsini bitirib.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyində aparıcı mütəxəssis, İstintaq idarəsində müstəntiq işləyib. AMEA İnsan Hüquqları İnstitutunda çalışıb. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında müəllim, baş müəllim, dekan müavini olub.

2005-ci ildə "Cinayət prosesində insan hüquqlarının müdafiəsi: Avropa Şurasının standartları və Azərbaycan Respublikasının qanunvericiliyi" mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

2009-cu ildə Azərbaycan Müəllimlər İnstitutunun beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsinə təyin olunub.

5 iyun 2009-cu ildə Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin birinci qurultayında İcmanın Əlaqələndirmə Şurasının sədri seçilib.

2010-cu ilin aprel ayından 2016-cı ilə qədər Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində çalışıb.

2016–2019-cu illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının humanitar və sosial məsələlər üzrə prorektoru olub.

2017-ci ildə doktorluq dissertasiyası müdafiə edərək hüquq elmləri doktoru elmi dərəcəsi alıb.

2020-ci ilin fevral ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri təyin edilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN