Əfqanıstanın sabiq rabitə və informasiya texnologiyaları naziri Əhməd Şat Saadat 2018-ci ildə Nazirlər Kabinetinin tərkibində olub və kənd əhalisi üçün mobil rabitə şəbəkəsinin genişləndirilməsinə cavabdehlik daşıyıb.

Rəhbərlik etdiyi qurumun maliyyəsini “talibançılar”la mübarizəyə yönəltməkdən imtina etdiyinə görə 2020-ci ildə Qani hakimiyyəti onu istefaya göndərib. Sabiq nazir həmin vaxtdan Almaniyaya köçüb. Burada deyiblər "kiminin əvvəli, kiminin axırı".

Hazırda Əhməd Şat Saadat Leypsiq şəhərində pizza kuryeri işləyir. “İzvestiye” xəbər verir ki, sabiq nazir “Lieferando” çatdırılma xidmətinin əməkdaşı kimi fəaliyyət göstərir və velosipedlə pizza daşımaqla məşğuldur.

Sabiq nazirə “Cahanda hər hökmü bir zaman verir, dünən fərman verən bu gün can verir” fikrini də söyləmək burada yerinə düşər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN