Göyçayın Çərəkə kənd sakini Məmmədov Rəvan İdris oğlu rayon rəhbərliyinin fəaliyyətsizliyindən gileylənir.

R.Məmmədov yazır ki, Göyçay rayonunun icra başçısı Mehdi Səlimzadənin yarıtmaz fəaliyyəti nəticəsində şəhərin mərkəzi küçələri zibilliyə qərq olub. Küçələr, evlərin qarşısı zibil tullantıları ilə doludur. Ətrafa üfunət qoxusu, təhlükəli xəstəlik yayan bu zibilliklər vaxtlı-vaxtında təmizlənmədiyi üçün insnların həyat və sağlamlıqları təhlükə altındadır.

Baxmayaraq ki, Göyçay «Komxoz» İdarəsində 700 nəfərə yaxın işçinin adı gedir. Adı işdə olan, özü isə bir gündə olsun işə çıxmayanlar var ki, onların ya maaş kartları vəzifəli şəxslərin cibindədir, ya da aylıq haqq verirlər deyə onlara gözün üstə qaşın var deyən yoxdur.

İcra başçısı Mehdi Səlimzadənin başı bazar açmağa, torpaq satmağa və digər korrupsiya əməllərinə qarşıdığı üçün Göyçay zibillik içində itib-batır, rayon antisanitar vəziyyətdədir ki, bu da koronavirusdan da təhlükəli epidemiyaya gətirib çıxaracaq. Bu dəhşət saçan mənzərəni şəxsən çəkib aidiyyəti orqanların nəzərinə çatdırıb xahiş edirəm ki, təcili tədbir görməsələr, yeni növ qorxulu virus yayılacaq".

Məsələ ilə bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN