Gələcəkdə Azərbaycanın regionlarında məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yeni sığınacaqların təşkili nəzərdə tutulur.

Bu barədə sorğumuza cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov məlumat verib.

Məlumatda qeyd olunub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi fəaliyyət göstərir. Müəssisədə məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiyası şöbəsi də mövcuddur.

Ötən ay açılışı olan və 30 nəfər üçün nəzərdə tutulan şöbədə məişət zorakılığından zərər çəkmiş şəxslərə sığınacaqla təmin olunmaqla bərabər, psixo-sosial dəstək və məsləhət yardımı xidməti göstəriləcək.

Həmin şəxslərin sosial reabilitasiyası, sosial statuslarının bərpası istiqamətində fərdi iş planı üzrə işlər aparılacaq. Onların ilkin tibbi müayinəsi, psixoloji-emosional vəziyyətinin qiymətləndirilməsi, ilkin tibbi yardımla təmin edilmələri, hüquqlarının müdafiəsi və s. üçün də tədbirlər görüləcək.

Məlumatda daha sonra bildirilib ki, burada sakinlərin yaşayışı, sosial-reabilitasiyası tədbirlərinə cəlb olunmaları, mədəni-asudə vaxtının təşkili üçün müasir şərait yaradılıb. Şöbədə sosial işçilər, hüquq məsləhətçisi, psixoloq, sosial pedaqoq, tibb bacısı və nəzarətçilər çalışacaq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN